Bu gün:

Çernobıl faciəsi


Çernobıl faciəsi 1986-cı ildə Sovet İttifaqının tərkibində Kiyevin Pripyat rayonunda baş verib və onun təsirləri bu günə qədər davam edir. Çernobıl Atom Elektrik Stansiyasının işçilərinin iqamətgahı üçün yaradılmış Pripyat şəhəri Çernobıl AES-də baş verən partlayışdan sonra boşaldılmış və tərk edilmiş şəhərə çevrilib.

Ukraynadakı Çernobıl Atom Elektrik Stansiyasında qəza reaktorun təhlükəsizliyi ilə bağlı sınaq zamanı baş verib. Sınaq çox aşağı güc səviyyəsində idi, belə reaktorlar stabil işləyə bilmir və reaktorun təhlükəsizlik sistemlərinin bu səviyyədə işə salınmasının qarşısını almaq üçün məsul operatorlar, normal olaraq etməməli olsalar da, qəza söndürmə sistemini söndürüblər.

Təcrübə zamanı ürəkdaxili temperatur təhlükəsiz həddən yuxarı qalxdıqda reaktoru bağlayan və soyutma təmin edən sistemlər sıradan çıxarıldı. Bu bağışlanmaz səhv buxarın təzyiqinin artmasına və nəticədə yaranan buxar partlayışı ilə damın çökməsinə səbəb olub.

Beləliklə, reaktorun içindəki qaynar qrafit atmosferlə birbaşa təmasda oldu. Havada oksigenlə reaksiya verən qrafitin yanması ilə reaktorun ürəyi öz bütövlüyünü itirdi və belə rus reaktorlarında (RMBK-1000) qoruyucu qabıq olmadığından radioaktiv maddələr ayrıldı.

26 aprel 1986-cı ildə saat 01:23-də baş verən bu qəzanın fəsadları çox böyük oldu. Dünyadakı 400-dən çox nüvə reaktorunun əksəriyyəti 25 ildən çox iş təcrübəsinə malikdir, bu, ətrafdakı insanlar üçün ciddi mənfi nəticələrə səbəb olan ilk qəza idi. Qəza nəticəsində 35 nəfər həlak olub. Onun mənfi təsirləri uzun müddət ərzində minlərlə insanda görünməyə davam edir.

Mənbə: Hürriyet
Tərcümə etdi: Uğur Hacıyev

Paylaş
Şərh əlavə et