Bu gün:

Qadınlar mövsüm dəyişikliklərinə daha həssasdırlar


Təbiətdə görə biləcəyimiz mövsümi keçidlər insanlara təsir edir.

Mövsüm dəyişməsi insan psixologiyasına birbaşa təsir edir. Qış insanlarda tutqun əhval-ruhiyyə yaratdığı kimi, yaz ayları da yenilənmə, canlanma və enerjidən xəbər verir. Nevroloq. Dr. Mehmet Yavuz mövzu ilə bağlı fikirlərini bildirib.

Fəsillər dəyişir

Mart yazın ilk ayını təmsil etsə də, əslində daha çox keçid dövrüdür. Havanın, torpağın, suyun isinməyə başladığı, təbiətin canlandığı bu dövrdə iqlim dəyişiklikləri insanların psixologiyasına da xeyli təsir edir. Araşdırmalar keçid havasının bu təsirini sübut edir. Buludlu havanın daha çox yayıldığı iqlimlərdə serotoninin azalması ilə bədbəxtlik və cinayət nisbətləri artır. İsti iqlimdə yaşayan insanlar daha mehriban və xoşbəxt şəxsiyyətə malikdirlər.

Qışda serotonin hormonu azalır

Mövzu ilə bağlı bir çox ölkədə araşdırmalar aparılıb. Araşdırmaların bizə göstərdiyi odur ki, insanlar soyuq havalarda daha çox depressiyaya düşürlər. Bu dövrlərdə yuxu rejimlərində böyük dəyişikliklər yaşayan fərdlər deyir tez-tez “yorğun olsam da yata bilmirəm”, “səhər oyanmaqda çətinlik çəkirəm”, “çox məşğulam”, “özümü yaxşı hiss etmirəm”, “yaxşı deyiləm”, "heç nə etmək istəmirəm" kimi şikayətlər edirlər. 

Məsələyə elmi nöqteyi-nəzərdən baxsaq, günəş işığının qeyri-kafi olması hormonal tarazlığı dəyişdirə bilər. Hətta bu fərdlərin fizioloji şikayətlər etməsinə səbəb olur. Günəş işığının azalması səbəbindən serotonin adlanan xoşbəxtlik hormonu azalarkən, melatonin adlı yuxu hormonu artır. Qışda şikayət etdiyimiz fizioloji yorğunluğun əsası budur.

Keçid havası psixologiyamıza təsir edir

Hava beyindəki fizioloji tarazlığa təsir göstərir. Ona görə də insanların psixologiyası da bu vəziyyətdən təsirlənir. Bu zaman özü ilə yaz yorğunluğunu da gətirir. Bədənlə beyin uyğunsuzluğundan yaranan bu vəziyyət bəzi insanlara müsbət, bəzilərinə mənfi təsir göstərir. Təbiətin enerjisi insanları əhatə etməklə yanaşı, insanlarda da özündən razılıq hissi yaradır. Ümumiyyətlə, rastlaşdığımız şikayətlər səhər yuxusuz oyanma, əsəbilik, yuxu pozğunluğu, diqqəti cəmləməkdə çətinlik, sıx oynaq ağrısı, enerjidə azalma hissi kimi ümumiləşdirilə bilər. Bu cür şikayətləri olan insanların işinə, hətta şəxsi həyatına da bu vəziyyət mənfi təsir göstərə bilər. Diqqət toplamaqda çətinlik çəkmək və enerjinin düşməsi insanın iş motivasiyasını azaldır. Psixoloji gərginlik hissi də insanın sosial münasibətlərinə və dolayısıyla şəxsi həyatına mənfi təsir göstərə bilər.

Qadınlar daha həssasdırlar

Araşdırma bizə göstərir ki, qadınlar bu dəyişikliklərə daha həssasdırlar. Bu araşdırmalara görə, qadınlar yayda özlərini yaxşı hiss edərkən, qışda daha pis hiss edirlər. Qadınlar sosiallaşma ehtiyaclarını yay aylarında daha uyğun şəkildə qarşılaya bilirlər. Hormonal nöqteyi-nəzərdən nəzərə alındıqda, qadın hormonları estrogen və progesterondakı dalğalanmalar sirkadiyalı (gündəlik) bioritmlərə təsir göstərə bilər. Beləliklə, bu insanın estrogen və ya progesterona nə qədər həssas olmasından asılıdır.

 etməli?

Bədənin pozulmuş iş rejimini bərpa etmək üçün yuxu rejimini saxlamaq vacibdir. Yorğunluq və stress erkən yatmaqla və keyfiyyətli yuxu rejimi ilə aradan qaldırıla bilər. Diqqət edilməli olan başqa bir məqam da havaların istiləşməsi ilə artan su ehtiyacının lazımi səviyyədə qarşılanmasıdır.

Təbiətin canlanması ilə birlikdə bu vəziyyətdən maksimum fayda əldə etmək üçün bədənimizə zərər verəcək həddindən artıq kofein, siqaret, spirt kimi vərdişlərdən uzaq durmalıyıq. Bundan əlavə, günəş bədənimizə lazım olan vitaminləri qəbul etdikdə daha çox serotonin hormonunu təmin edir. Bu nöqtədə açıq hava məşqləri yorğunluğun qarşısını alır və günəşdən faydalanmağımıza imkan verir.

Və təbii ki, ən əsası bizi bədbəxt edən insanlardan və vəziyyətlərdən uzaq olub, bizə müsbət enerji verən insanlarla vaxt keçirməliyik. Unutmaq olmaz ki, xoşbəxtlik yoluxucudur və onu tutmaq bizim əlimizdədir.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş