Bu gün:

Qida israfının qarşısını almaq üçün nə etmək lazımdır?


Gündəlik sadə tədbirlər görərək qidaların israf olunmasının qarşısını ala bilərik.

İnsanlar dünyadakı qida tullantılarının 30%-nə cavabdehdirlər, buna görə də qida vərdişlərimizi dəyişdirməklə həm özümüzə, həm də planetimizə yaxşılıq edə bilərik. Qida ədalətinin müdafiəçisi və Nyu York Universitetinin professoru Marion Nestle deyir: “Biz hamımız bir fərq yaratmaq üçün üzərimizə düşəni edə bilərik”.

Aşağıdakı fikirlər məişət qida tullantılarını azaltmağa kömək edə bilər.

• Yeməklərinizi planlaşdırın

Yemək üçün nə yeyəcəyinizi həftəlik planlaşdırmaq və bu plana qalıqlarla nə edilə biləcəyi ilə bağlı strategiyaları daxil etmək, qida israfının qarşısını almağın ən təsirli yoludur.

• Siyahılar hazırlayın

Alış-veriş siyahıları sizə lazım olanı aldırır və soyuducudakı artıqlığı yüngülləşdirir. Doyduqdan sonra həm siyahı, həm də alış-veriş etmək vacib bir məsləhətdir. Çünki ac olduğunuz zaman daha çox şeyə ehtiyacınız olduğu barədə yanıla bilərsiniz.

• Mətbəxinizi daha əlçatan təşkil edin

Şkaflarınızı, soyuducunuzu çeşidli saxlayın ki, əlinizdə olanları asanlıqla görə biləsiniz. Bu artıq sahib olduğunuz əşyaları almanıza mane olacaq.

• "Açıq" məhsulları seçin

Ehtiyacınız olan qədər məhsul almaq üçün açıq şəkildə satılan qoz-fındıq, taxıl və ədviyyat kimi qidalardan alın.

• Etiketləyin

Şkafınızdakı, soyuducunuzdakı yeməyin üzərinə tarixi yazın. Bu bir maddənin nə qədər müddət saxlandığını ifadə edir. Yaxşı yeməyin atılmasının qarşısını alır.

• Qalıqları məhdudlaşdırın və yeyin

Hər restoran yeməyinin təxminən 17 faizini boşqabımızda qoyuruq. Qalanların yarısından azını özümüzlə götürürük. Yeməyin bir hissəsini süfrədə başqaları ilə bölüşməyi düşünün. Yalnız yemək zamanı bitirə biləcəyinizi bildiyiniz şeyləri sifariş edin. Yemək qalıqlarını yeməyi unutmamaq üçün evdə soyuducunuzda görünən yerdə saxlamağı tövsiyə edir.

• Düzgün saxlayın

Effektiv və təhlükəsiz şəkildə dondurmağı və konservləşdirməyi öyrənin. Soyuducunuzun temperaturunun düzgün parametrdə olduğundan əmin olun və yeməyi ən effektiv şəkildə saxlayın.

• İki saat qaydası

Tez xarab olan qidaları otaq temperaturunda iki saatdan çox saxlamayın.  Havanın temperaturu 32 dərəcədən yuxarı olduqda, limit bir saatdır.

• Meyvələri yumayın

Yuyulduqdan sonra saxlanılan meyvə və tərəvəzlər kiflənir və daha tez xarab olur. Saxladığınız tərəvəz və meyvələri yalnız yeməyə hazırlaşdığınız zaman yumadan təmizləyin.

• Sıfır tullantı olmadan bişirin

İstifadə etdiyiniz inqrediyentləri israf etmədən bişirməyin yollarını axtarın. Özünüzə sıfır tullantı bişirmə bacarıqlarını öyrədin. 

• Kompost hazırlayın

Evdə üzvi tullantıları düzgün toplayaraq təbii gübrə hazırlaya və bu gübrə ilə bağçanızda və ya balkonunuzda müxtəlif bitkiləri bəsləyə bilərsiniz.

Mənbə: Habertürk

Tərcümə etdi: Samirə İsmayılova

Paylaş