Bu gün:

Ronaldonun məşhur "Siiiuu!" sevinci hardan qaynaqlanır?


Portuqaliyalı ulduz futbolçu Kriştiano Ronaldonun qol vurduqdan sonra tullanaraq "Siiiuu" qışqırması indi əlamətdar qol sevincidir! Bəs Kriştiano Ronaldonun bu hərəkəti haradan gəldi, necə oldu?

Kriştiano Ronaldonun klassik qol sevincini demək olar ki, bilməyən yoxdur. İllərdir qol vurduqdan sonra yerindən hoppanıb “Siiiuu” deyə qışqıran portuqaliyalı ulduzun bu sevinc şousunun necə yarandığını bilirik?

Hazırda təkcə Kriştiano Ronaldo deyil, onu təqlid edən bir çox futbolçular da, əslində, ilk dəfə 2013-cü ildə qolu qeyd edib. Bunun səbəbinin Joze Mourinyo olduğunu deyə bilərik. Onun hekayəsi isə belədir...

Mükafat mərasimində bütün dünya bildi, amma əvvəl də var

Kriştiano Ronaldo 2014-cü ildə "Qızıl top"u qazandıqdan sonra "Siiiuu!" səhnəsində ağlayırdı. Bu addım o zamanlar geniş müzakirə olunurdu. Ronaldo isə İspaniyada verdiyi müsahibədə “Qışqırmayacağam? Mən qol vuranda və ya qalib gələndə oyunçular belə qışqırdığımı artıq bilirlər'' dedi. Onun ilk sevinci hər halda mükafatlandırma mərasimində deyildi. 2013-cü ildə Kriştiano Ronaldo ilk "Siiiuu" şousunu Real Madridin Çelsini 3-1 hesabı ilə məğlub etdiyi yoldaşlıq oyununda etdi.

Joze Mourinyo ilə başlayan proses

Joze Mourinyo o vaxt olaylı şəkildə "Real Madrid"dən ayrılaraq "Çelsi"nin rəhbəri oldu. Matçdan əvvəl o, Kriştiano Ronaldonu təhrik edən sözlər işlətmişdi. Mourinyo: "Əsl Ronaldo Braziliyanın simvolu Ronaldo Nazariodur", - demişdi.

"Çox xoşuma gəldi, daha çox etdim"

Kriştiano isə sonradan əfsanəvi hayqırtı ilə cavabını meydanda göstərdi. Bu klassik qol sevinci haqqında Ronaldo dedi: "Çelsi matçında qol vurdum və birdən qışqırıq səsləri gəldi. Tamamilə təbii idi. Sonradan anladım ki, çox xoşuma gəlir və daha çox məşğul olmağa başladım. Azarkeşlərin də bəyəndiyini gördüm. Və mən bunu etməyə davam etdim”. 

Kriştiano Ronaldo ilk "Mançester Yunayted" dövründə "Siiiuu" şousu göstərmədi, amma indi Old Traffordda qol vuranda təkcə o deyil, bütün stadion bir ağızdan "Siiiuu" qışqırır...

Mənbə: Goal.com

Tərcümə etdi: Aytən Babaşova


Paylaş
Şərh əlavə et