Papa Frensisk: Müsəlmanlar sülh şəraitində birgə yaşayışı təmin edən tərəfdaşlarımızdır

Papa Frensisk: Müsəlmanlar sülh şəraitində birgə yaşayışı təmin edən tərəfdaşlarımızdır

Roma Papası Frensisk Neapola səfəri zamanı xristianların və müsəlmanların sülh uğrunda bir-birilərini tərəfdaş kimi görməsinin vacib olduğunu söyləyib.

24media.az İtaliya KİV-lərinə istinadla xəbər verir ki, Papa bu barədə Cənubi İtaliyanın Terezianum İnstitutunda çıxışı zamanı söyləyib. O deyib ki, gələcək naminə müsəlmanlarla dialoqa getmək olduqca zəruridir.

Həmçinin, Papa Aralıq dənizi bölgəsində miqrasiya, dinlərarası və dünyəvi dialoq mövzusunda da çıxış edib.