Bu gün:

Valideynlər valideynlik hüququndan hansı hallarda məhrum edilirlər?


24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, 20 saylı vəkil bürosunun müdiri, İlhamə Həsənovadır. O, valideynlərin valideynlik hüququndan mərhum edilə biləcəkləri hallar haqqında məlumat verib.

-Valideynlər hansı hallarda valideynlik hüququndan məhrum edilirlər?

Valideynlər (onlardan biri) valideynlik hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:

- Öz valideynlik vəzifələrini yerinə yetirmədikdə;

- Alimenti qəsdən ödəmədikdə;

- Heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə;

- Valideynlik hüquqlarından sui-istifadə etdikdə;

- Uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə;

- Xroniki alkoqol və narkomaniya xəstəsidirsə;

- Uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə.

- Uşaqlara qarşı cinsi istismar və ya cinsi zorakılıqla bağlı cinayət törətdikdə.

Günel Məmmədova

Paylaş
Şərh əlavə et