Bu gün:

Dövlət işlərində icazələr necə tənzimlənir?


24media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti müsahibi hüquqşünas Azər Quliyevdir. O, dövlət işlərində icazələrin tənzimlənməsi haqda danışıb.



-Rəsmi müqavilələr olan, yəni dövlət işlərində icazələr necə tənzimlənir?


-İstər dövlət müəssisələrində olsun, istərsə də digər müəssisələrdə işçilərə mütləq qaydada işə çıxmamaq barədə  icazə verilməsi nəzərdə tutulmayıb. İcazələrin verilməsi ilə əlaqədar əmək münasibətləri birbaşa olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənmir. Ailə, sosial, məişət, qohumluq borcunun yerinə yetirilməsi və sair kimi  şəxsi  işlərlə əlaqədar işçilərə bir və ya bir neçə gün icazə verilməsi yalnız işəgötürənin könüllü razılığı və ya Əmək müqaviləsi və Kollektiv müqavilə ilə tənzimlənə bilər. Digər hallarda isə işçi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulan qaydada ödənişli və ya ödənişsiz məzuniyyət günlərindən istifadə edilə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsində də işçinin özü və ya ailə üzvünün xəstələnməsi, yaxud digər hallarda ödənişsiz əmək məzuniyyətinin verilməsi nəzərdə tutulmuşdur. Digər hallarda da işçi bu barədə yazılı ərizə ilə işəgötürənə müraciət edə bilər. Lakin bu hallarda icazələrin verilməsi işəgötürən üçün məcburi deyil, yalnız işçinin xahişi və işəgötürənin könüllü razılığı əsasında həyata keçirilə bilər. Əgər işəgötürənin razılığı olmasa belə, işçinin icazə almadan yaxın ailə üzvü və ya yaxın  qohumunun ağır xəstələnməsi, vəfat etməsi və digər üzrlü hallarda işçinin icazə almadan işə gəlməməsi üzrlü hesab edilir.


Fəridə Sadıqzadə

Paylaş
Şərh əlavə et