Bu gün:

“Qalatasaray"dan Maurio İcardi açıqlaması



"Qalatasaray" Super Liqanın 31-ci həftəsində Fatih Karagümrüklə qarşılaşacağı matçın hazırlıqlarını davam etdirib. Sarı-qırmızılılar İcardinin səhhəti ilə bağlı da açıqlama verib. Verilən açıqlamada Mauro İcardinin müalicəsinin davam etdiyi bildirilib. Həmçinin, aşağıdakı ifadələr də yer alıb:

"Qalatasaray Futbol Komandası Super Liqanın 31-ci həftəsində VavaCars Fatih Karagümrük ilə oynayacağı oyunun hazırlıqlarını bu gün Florya Metin Oktay Təsislərində keçirilən məşqlə davam etdirdi.

Topla isinmə hərəkəti ilə başlayan məşq üç qrupda 5-2 ötürmə ilə davam edib. Məşqçiləri Okan Burukun rəhbərliyi altında keçirilən məşq taktiki işlərlə yekunlaşıb.

Qalatasaray Futbol Komandası bu gün saat 17.30-da edəcəyi məşqlə VavaCars Fatih Karagümrük matçının hazırlıqlarını tamamlayacaq."

Sarı-qırmızılı futbolçular 23 Aprel Bazar günü VavaCars Fatih Karagümrük ilə qarşılaşacaq.

Mənbə:Habertürk

Tərcümə edən:Hüseyn İlyasov

Paylaş
Şərh əlavə et