Bu gün:

Küçə musiqiçilərinin fəaliyyətinə hüquqi baxış - Şamil Paşayevlə "1 sual 1cavab"


24media.az-ın "1 sual, 1 cavab rubrikasının növbəti qonağı hüquqşünas Şamil Paşayevdir. O, küçə musiqiçilərinin fəaliyyətinin qanunla tənzimlənib-tənzimlənmədiyindən danışdı.

- Küçə musiqiçilərinin fəaliyyəti haqda qanun nə deyir?

-Küçə musiqiçilərinin fəaliyyətinin tənzimlənməsi haqqında qanun yoxdur. Onlar çox hallarda pul qarşılığında xidmət göstərmirlər,  sadəcə küçədə mahnılar oxuyur, müəyyən musiqi alətlərini ifa edirlər. Bunların qarşılığında könüllü qonorar sistemi var. Bunu xidmət sahəsinə aid etməyin özü doğru deyil. İnzibati Xətalar Məcəlləsinin 454-cü maddəsinə əsasən, 80 manat məbləğində bəzi küçə musiqiçilərini cərimə edirlər. Bu, doğru yanaşma deyil. Çünki, küçə ticarəti, hər hansı xidmətin göstərilməsinə aid deyil. Ona görə də şəxslər cərimə olunduğu təqdirdə məhkəməyə müraciət edərək həmin cəriməni sildirə bilərlər. Küçə ticarəti ilə küçə musiqiçilərinin fəaliyyətini qarışdırmamalıyıq. Azərbaycanda küçə ticarətinin və xidmətlərinin göstərilməsi haqqında qayda var. Burada 90 manat verib, 6 aylıq və ya 1 illik icazə alaraq küçə ticarətilə, küçədə müəyyən xidmətin göstərilməsi ilə məşğul olurlar. Küçə musiqiçiləri isə belə deyil. Bunlar fərqli anlayışlardır. Küçə musiqiçilərinə verilən pul şəxslərin sənətini qiymətləndirmə məqsədi daşıyır. Ona görə də küçə musiqiçiləri də ətrafda olan insanların hüquqlarını pozmadan, ictimai obyektlərin fəaliyyətini və ictimaiyyətin normal birgə yaşayış qaydalarını pozmadan öz fəaliyyətlərini göstərməlidirlər. Burada hər hansı xüsusi qadağanedici mexanizmə ehtiyac yoxdur.

Fidan Abdullayeva

Paylaş
Şərh əlavə et