Bu gün:

"Azərbaycanda kölgə iqtisadiyyatının həcmi"- Natiq Cəfərli ilə "1 sual, 1 cavab"


24media.az-ın “1 sual, 1 cavab” rubrikasının növbəti qonağı iqtisadçı Natiq Cəfərlidir.

-Azərbaycanda kölgə iqtisadiyyatı hansı vəziyyətdədir ?


-"Dünyanın bir çox ölkələrində olduğu kimi Azərbaycanda da kölgə iqtisadiyyatı ən böyük problemlərdən biridir, eyni zamanda Azərbaycanda kölgə iqtisadiyyatının həcmi çox yüksəkdir. Beynəlxalq hesabatlara görə iqtisadiyyatın yarısını təşkil edir. Kölgə iqtisadiyyatının Azərbaycanda geniş yayılma səbəbi vergi və gömrük rüsumlarında tez-tez dəyişən qanunvericilik, insanların və şirkətlərin vergidən yayınma məqsədi ilə müxtəlif yollar tapması üçün korrupsiya və rüşvətin əsas amillərdən biri kimi qalmasıdır. Bundan əlavə, kölgə iqtisadiyyatının az olduğu ölkələrin təcrübəsinə baxdıqda, məsələn Sinqapurda, ən böyük mübarizə üsullarından biri məhkəmə sistemidir ki, məhkəmələr tez, çevik və ədalətli işləməlidir ki, yaranan problemlər tez şəkildə həll edilsin".


Səadət Quliyeva

Paylaş
Şərh əlavə et