Bu gün:

Çayın bilmədiyimiz faydaları


Çay özünəməxsus xüsusiyyətləri olan bir bitkidir. Qəhvə qədər məşhur və populyar mədəniyyət simvolu olmasa da, çay demək olar ki, hər yerdə, hər saat və fincanlarda içilir.

Çayın hekayəsi necə başladı?

Çay əslində Cənubi Asiyada becərilən bir bitkidir. Şri-Lankadan Çin və Hindistana qədər uzanır və yerli çay bitkilərinə Afrikanın bəzi yerlərində də rast gəlinir.

Çayı qaynar su ilə dəmləyib içkiyə çevirmək fikri Çindən gəldi. Çay Çinin milli içkisi sayılır, lakin zaman keçdikcə çayı çinlilərdən daha çox qəbul edən xalqlar yaranıb.


İngilislər və çay

İngiltərənin torpağında bir dənə də olsun çay bitkisi bitməsə də, dünyada çayla adı çəkilən ölkələrdən biridir. Əslində, bəlkə də, çay bitkisi ilə ən son tanış olan ingilislər ola bilər.

Yalnız 1662-ci ildə çay İngiltərəyə portuqaliyalı Ketrin Braqanzalı qadın vasitəsilə gəlib. Zəngin və nəcib qadın olan Branqanza ətrafındakı aristokratik qonaqlara çay dəmləyib təklif edir və zaman keçdikcə çay içməkdən londonlular imtina edə bilmir.

Hindistandakı ingilis tacirləri çayın materikə gəldiyini eşidən kimi gəmilərini bu bitki ilə doldurmağa başladılar. İngilislər bu bitkini milli içki olaraq özləri yetişdirə bilməyəcəklərini bəyan edirlər.

Çay paketini kim icad edib?

Çay qurudulmuş və ya təzə çay bitkisinin yarpaqlarını uzun müddət isti suda islatmaqla hazırlanır. Amma bir gün amerikalı müasir insanların çay içmə tərzini dəyişdirəcək bir ixtira etdi.


1904-cü ildə dünyanın hər yerinə çay və qəhvə daşıyan amerikalı sahibkar Tomas Sullivan bitki yarpaqlarının nəfəs alması və daha yaxşı dayanması üçün gəmisini doldurmazdan əvvəl məhsulları ipək torbalara yığmağı düşünür. Gəmi sahilə yaxınlaşır və yola salınır. Əvvəlcə çaylar paketlərdən çıxarılıb dəmlənməli idi, amma insanlar çay paketini qaynar suya qoydular. Başqa sözlə desək, çay paketinin ixtirası tam anlaşılmazlıq idi.

Çay necə bu qədər populyarlaşdı?

Müasir dünyada çay istifadəsi asanlığı və faydaları sayəsində sürətlə yayılıb. Xüsusilə sənaye inqilabında bu ucuz içkinin fabriklərdə əlçatan olması böyük rol oynadı. Zamanla çayın faydaları haqqında xəbərlər yayılmağa başladı. Əsərlərdə çayın faydalarından söhbət açıldı, həkimlərin yorğunluğa qarşı çay tövsiyə etdiyi, zehin açan xüsusiyyəti izah edildi. 

Çayın faydaları nələrdir?

Çay antioksidantdır;

Bədəndə hüceyrə zədələnməsini azaltmağa kömək edir;

Ürək sağlamlığı üçün yaxşıdır;

Xolesterolu aşağı salır;

Bağırsaq sağlamlığını gücləndirir;

Qan təzyiqini, qan şəkərini balanslaşdırır;

İnsult riskini azaldır;

Diqqət və konsentrasiyaya kömək edir. 

Çay necə dəmlənir?

Çayın dəmlənmə üsulu ölkədən ölkəyə fərqlənir. Məsələn  İngiltərədə çaya süd əlavə etmək adi haldır.

Ölkəmiz rəngi və qoxusu ilə dünyada çay içmək üçün ən yaxşı yerlərdən biri hesab olunur. Dəmlənmiş çayın, həmçinin dovşan qanı adlanan rəngə nail olmaq asan görünsə də, bir neçə vacib məsləhəti qaçırsanız, nəticə gözləntilərə cavab verməyə bilər.

Çay dəmləmənin iki fərqli üsulu var. Hər ikisi eyni dərəcədə dadlı nəticələr versə də, dəmlənmə vaxtı və forması ilə fərqlənir.

Ən çox yayılmış resept suyu qaynadıb çayın üzərinə tökmək, çaydanın altını aşağı çevirmək və dibində qaynayan suyun buxarı ilə yuxarıdakı çayın 10-15 dəqiqə dəmlənməsini gözləməkdir.

İkinci resept çaya soyuq su əlavə etmək, çaydanın dibini orta atəşə çevirmək və suyun buxarla qızdırılmasıdır. Birinci üsuldan bir az daha uzun çəkə bilər.

Gözəl çay dəmləməyin sirləri

Dəmlənmə vaxtını, yəni çayın çöküntüsünü gözləyin. Erkən qəbul etsəniz, çay dəmlənməyəcək, uzun müddət saxlasanız, acı dadmağa başlayacaq.

Qaynar suyu çaydana tökməzdən əvvəl tozunu çıxarmaq üçün çayı soyuq su ilə yaxalaya bilərsiniz.

Çay paketi dəmlənmə müddətini qısaltsa da, onun rəngini almasına mane olur və çayın özünəməxsus qoxusu dəmlənmə zamanı yavaş-yavaş yaranır. Onları çay paketlərində əldə etmək çətindir.

İstifadə etdiyiniz stəkanın şüşəsi nə qədər incə olsa, dadı bir o qədər qorunur.

Kran suyu deyil, içməli su istifadə edin.

Çayı şəkərsiz içməyə çalışın, yalnız şəkərsiz bitkinin əsl ətrini ala bilərsiniz.

Keramika və ya çini çaydanı istifadə etmək daha yaxşı nəticələr verəcəkdir.


Mənbə: Haberturk

Tərcümə etdi: Nuran Əhmədzadə






















Paylaş
Şərh əlavə et