Bu gün:

Körpələr niyə qundaqlanır?


Körpələr niyə qundaqlanır və bunu etmək düzgündürmü? Qundağın faydaları, zərərləri nələrdir?

Körpələri qundaqlamaq qədim zamanlardan bəri adətdir. Qundaq körpəyə ana bətnini xatırladır və onun daha yaxşı yatmasına kömək edir. Qundaqlama sağlam üsul olsa da, valideynlərin diqqət etməli olduğu bəzi məqamlar var.

Körpənin ətrafına möhkəm sarılmış yorğan ona ana bətnini xatırlatdığı üçün körpəni sakitləşdirir və rahat yuxunu təmin edir.

Bəzi valideynlər yeni doğulmuş uşağı qundalamağı yaxşı fikir hesab edir, bəziləri isə bu fikrə tamamilə qarşıdır. Halbuki, körpələri qundaqlamaq tamamilə sağlamdır və qədim zamanlardan bəri tətbiq olunur. Burada diqqət çəkən məqam; düzgün qundaqlamaqdır.
Əvvəlcə qundaqlı körpələr mütləq arxası üstə yatırılmalı və körpənin gecə saatlarında tərpənməməsi təmin edilməlidir. Körpənin qundaqda hərəkət etməsi boğulma ilə nəticələnə bilər.
 
Bəs körpənizi qundaqlamağı nə vaxt dayandırmalısınız? 
Bunun dəqiq yaş həddi yoxdur. Körpənin dönmə və hərəkət əlamətləri göründüyü zaman qundaqdan mütləq imtina edilməlidir. Bu, bəzi körpələr üçün 2 ay, bəziləri üçün isə daha çox zaman ala bilər.

Körpənizi qundalayarkən beşikdə çox yorğan saxlamayın. İstifadə edilməmiş yorğan da daxil olmaqla lazımsız yorğan körpənizin üzünü örtə və boğulma riskini artıra bilər.
Bununla belə, qundaq körpənin döş qəfəsinə və ağciyərlərinə çox təzyiq göstərəcək şəkildə edilməməlidir. Həmçinin, qundaqlı körpələrin öz beşiyində yatması daha təhlükəsizdir, valideynlər bu müddət ərzində uşaqlarını öz yatağına qoymamalıdırlar.
Qundaqlamanın bəzi riskləri də var. Qundaqlama körpələrin tez oyanmasının qarşısını alır, ona görə də oyanmaları çətin olur. Buna görə də, qundaq yeni, yuxusuz qalan valideynlərə xoş təsir edə bilər, lakin bu, "Ani Körpə Ölümü Sindromu"nun səbəblərindən biri ola bilər.

Mənbə: Habertürk

Tərcümə etdi: Nuran Əhmədzadə
















Paylaş
Şərh əlavə et