Bu gün:

“WhatsApp beta” ilə yeni kontaktlar əlavə etmək daha asan olur



Məşhur mesajlaşma proqramı WhatsApp-a edilən yeniləmə ilə artıq Android istifadəçiləri üçün tətbiqi bağlamadan ünvan kitabçasına kontaktlar əlavə etmək və ya redaktə etmək mümkün olacaq.

“WhatsApp beta” versiyasının Android versiyası istifadəçilərə proqram daxilində kontaktları idarə etməyə imkan verən yeni funksiya əldə edir. Keçən həftə gələn bir yeniliklə platformada yeni bir alt naviqasiya çubuğu görüldü. Beta versiyası indi daha bir yeni xüsusiyyət əldə edir.

Qarşıdan gələn yeniləmə ilə proqram Android istifadəçilərinin ünvan kitablarını və ya Google hesablarına kontaktlar əlavə etmək və ya redaktə etmək imkanı verir. Bu yeni xüsusiyyət sayəsində mesajlaşma proqramı artıq proqramdan çıxmadan bu xüsusiyyətdən istifadə etməyə imkan verir.

Telefon və ya Google hesabına kontakt əlavə etmək

Yeniləmədən əvvəl istifadəçilər, proqramdan çıxarılaraq, telefonun kontakt əlavə etmə səhifəsinə yönləndirilirdilər. Yenilənmə ilə “Yeni söhbət” əməliyyatına başlayanda birbaşa WhatsApp-ın “Söhbətlər” bölməsindən yeni kontakt əlavə edə biləcəklər.

WBI tərəfindən paylaşılan ekran görüntüsünə görə, yeni proses istifadəçilərə proqramdan çıxmadan telefonlarının yaddaşına və ya əlaqəli Google hesabına kontakt əlavə etmək imkanı verdiyini göstərir.

Kontaktlarından başqa bir nömrədən tez-tez mesaj alan istifadəçilər üçün faydalı olan bu xüsusiyyət, İOS istifadəçilərinin daha əvvəl bu tətbiqdə sahib olduğu, lakin Android telefonlarında tətbiq edilə bilməyən bir xüsusiyyət idi.

Yeni funksiya hazırda beta versiyada olsa da, Meta-nın mesajlaşma platformasının ümumi istehlakçıların istifadəsinə verilməsi üçün bir az daha vaxt tələb oluna bilər. Bu yeni üsul, 2.23.8.2, 2.23.8.4, 2.23.8.5 və 2.23.8.6 WhatsApp Beta versiyaları ilə işləyən Android telefonlarında beta testçiləri üçün əlçatandır.

Mənbə: Habertürk

Tərcümə etdi: Günel Məmmədova







Paylaş
Şərh əlavə et