Bu gün:

Falçılıq fəaliyyəti ilə məşğul olan şəxsləri hansı cəzalar gözləyir?


24media.az-ın budəfəki müsahibi hüquqşünas Gülnur Əkbərlidir. Hüquqşünas falçılıq fəaliyyəti ilə məşğul olan şəxsləri gözləyən cəzalardan danışıb. 

-Falçılıq fəaliyyəti ilə məşğul olan şəxsləri hansı cəzalar gözləyir, hüquqda bu fəaliyyət növü haqda nələr var?

Falçılıq fəaliyyəti cinayət məcəlləsinin 178-ci maddəsi, yəni dələduzluq maddəsi ilə tənzimlənir. Dələduzluq dedikdə etibardan bilə-bilə sui-istifadə etmə halları nəzərdə tutulur. Falçılığın da tənzimlənməsi bu şəkildə həyata keçirilir. 178-ci maddənin ağırlaşdırıcı halları var. Bu hallar mənimsənilən məbləğdən asılı olaraq dəyişir. Əgər mənimsənilən məbləğ 500 manata qədərdirsə, bu zaman inzibati xətalar məcəlləsi ilə tənzimlənir və inzibati xəta olaraq qeyd olunur. Əgər 500 manatdan çox olarsa, artıq cinayət məsuliyyəti yaradır. Həmçinin dələduzluq ilə məşğul olan şəxslər üçün azadlıqdan məhrum etmə cəzası da nəzərdə tutulur. Əxlaqı etik tərəfdən də bu düz deyil. Azərbaycan dünyəvi dövlət olsa da, İslam ölkəsi olaraq qəbul olunur. İslam dinində də falçılıq, cadugərliklə məşğul olmaq özü günah hesab olunur. Son zamanlarda belə şəxslərin sosial şəbəkələrdə reklamının aparılması, həmin şəxslərin ekspert kimi studiyalara, ictimai televiziyalara cəlb olunması da insanlarda maraq yaradır. İnsanlarda da həmin şəxslərə qarşı süni inam yaradılmağa çalışılır. Həmin şəxslərin dəvət edilməsinin, populyarlaşdırılmasının qarşısı alınmalıdır.

Fidan Abdullayeva 

Paylaş
Şərh əlavə et