Bu gün:

Roma əsgərlərinin əsrlər boyu yaşadığı həyat haqqında 10 maraqlı fakt


Roma ordusu, İngiltərədən Yaxın Şərqə qədər, demək olar ki, bütün Avropanı işğal edən və fəth edən qədim dünyanın ən güclü, eyni zamanda, təsirli hərbi qüvvəsi idi. Həm üstünlükləri, həm də mənfi cəhətləri olan Roma ordusunun əsgərləri üçün həyat asan deyildi və gözləntilər çox böyük idi. Gəlin Roma əsgərləri, onların yaşadıqları həyatla bağlı 10 maraqlı fakta nəzər salaq!

1. Roma əsgərləri iki fərqli kateqoriyaya bölünürdü.

Roma əsgərləri legionerlərə və dəstək qüvvələrinə bölünürdü. Həmçinin, Roma ordusuna yalnız yaşı 20-dən yuxarı olan kişilər buraxılırdı. Legionerlər güc spektrinin başında, ən hörmətli şəxslər idi  və hamısı Roma vətəndaşı olan əsgərlərdən ibarət idi. Dəstək qüvvələri qeyri-Roma vətəndaşlarından, belə demək mümkünsə, Roma İmperiyasının kənarlarından cəlb edilmiş vətəndaşlardan ibarət idi.

2. Orduya getməyə qərar verənlər ömrünün təxminən 25 ilini orduya həsr etməli idilər.

Əslində, hamımızın bir işi seçdiyimizi və həyatımızda o işi gördüyünü nəzərə alsaq, Roma əsgərlərinin ömrünün, ən azı, 25 ilini orduda keçirmələri normal sayıla bilər. Yenə də, Roma ordusunda əsgər olmağın, təbii ki, başqa iş görməklə heç bir əlaqəsi yoxdur. Axı 20 yaşında vəzifəyə başlaya bilmək və 40 yaşın ortalarında təqaüdə çıxmaq ancaq sağ qala bilən əsgərlərə aiddir... 

Deməli, orduya getdiyiniz gün bir neçə ildən sonra ölə biləcəyinizi qəbul etməlisiniz. Daha sonra 25 ilə yaxın qan və vəhşilik içində olacağını qəbul edirsən.

3. Yenə də, təqaüd şəraiti o qədər yaxşı idi ki, heç kim ilk baxışdan əsgərliyə getməkdən çəkinmirdi.

Bütün qanlara və qəddarlığa baxmayaraq, orta Roma əsgəri imperiyanın hər bir vətəndaşından daha yaxşı yaşayırdı. Əsgərlikdən çox maaş verən bir peşə yox idi, hətta mülki işlərdə çalışan əsgərliyə getməyən insanlar da çox acınacaqlı həyat yaşayırdılar. Roma əsgərləri həmişə sabit maaş alırdılar, vəzifədən çıxanda imperiya onlara torpaq sahəsi və ömürlük pensiya verirdi. Üstəlik, başqaları üçün çox vaxt çətin olan çörək bişirilən yerlərə, xəstəxanalar və hamamlar kimi bir çox obyektlərdən pulsuz istifadə edə bildilər.

4. Çox əhatəli və ciddi bir məşq prosesindən keçdilər.

Hər bir yeni Roma əsgəri vəzifəyə göndərilməzdən əvvəl 4 - 6 ay arasında davam edən ciddi təlimdən keçirdi. Təlim başa çatdıqdan sonra əsgərlər cəmi bir gündə 32 kilometrdən çox məsafə qət edə biləcəkdilər. Və bunun özlüyündə bir yerdən başqa yerə piyada getmək üçün inanılmaz uzunluq olduğunu başa düşəcəkdilər. Bu uzun 32 kilometri yüksək sürətlə qət edərkən onların üzərində qalxan, qılınc kimi ağır texnika və zirehlər daşıdıqlarını düşünürsünüzsə, onların inanılmaz vəziyyətdə olduqlarını asanlıqla başa düşə bilərsiniz.

5 Əsgərlərin nəyə daha çox meylli və uyğun olduğu qiymətləndirilib, müvafiq vəzifə üçün əlavə təlimlər keçirilirdi.

Roma ordusunun əsgərləri də təlim müddətindən sonra boy, çəki, bədən quruluşu, bəzi silahları digərlərindən daha yaxşı istifadə etmək kimi faktorlara görə ətraflı təhsil alırdılar. Bəzi Roma əsgərləri oxatan kimi bacarıqlı oldular, bəziləri katapultlardan istifadə etməyi bacardılar, bəziləri isə at belində döyüşmək üçün təlim aldılar. 

Onlardan bu qədər qorxmalarının və qələbə üzərində qələbə çalmalarının səbəbi hər kəsin öz sahəsinə yiyələnməsi və yenilməz qüvvəyə çevrilməsi idi.

6. Möhkəmləndirici qüvvələrdə olan əsgərlər legionerlərdən az maaş alırdılar, lakin daha riskli missiyalara təyin edilirdilər.

Təbii ki, ədalətsizlik və bərabərsizlik təkcə indiki dünyaya və nizama aid deyil. Roma ordusunda da təsnifat və qütbləşmə tətbiq edildi. Legionerlər bütün tərifləri alan, çox hörmətli və yaxşı maaş alan əsgərlər idi. Əslində isə, müharibə zamanı ön cəbhədə olan və ilk zərbəni vuran əsgərlər gücləndirici hissədəki əsgərlər idi. Onlar legionerlərdən daha çox həyatlarını riskə atsalar da, əsl Roma vətəndaşı olmadıqlarına görə legionerlərin maaşının üçdə birini alırdılar. 

7. II əsrə qədər onlara evlənmək qadağan edildi.

Roma Papaları kimi, Roma ordusunun əsgərlərinə də evlənmək qadağan edilmişdi. İkinci əsrdə bu, yeni qanunla dəyişdirilənə qədər, Roma əsgərlərinin hərbi həyatlarının birinci yerdə olması və bütün konsentrasiyalarının orada olması gözlənilirdi. Lakin sonrakı sənədlər və məzar daşları üzərindəki adlar Roma əsgərlərinin bu qaydanı tez-tez pozduğunu göstərir.

8. Kapitanlar Roma əsgərlərinə qarşı amansızcasına zorakılıq edirdilər.

Əgər Roma ordusunda bir əsgər olsaydınız, həyat yalnız ona görə çətin deyildi ki, siz həmişə təhlükə altında idiniz, ciddi təlim keçmişdiniz və daim onlarla kiloqram dişli aparırsınız. Kapitanlarının rəhbərlik etdiyi bölmələrdə onların kapitanları əsgərlərə davamlı zorakılıq göstərirdilər. Onlar əllərində bir çubuq gəzdirir və əsgərləri “intizam etmək üçün” döymək üçün istifadə edirdilər. Əlbəttə, Roma əsgərlərinin üsyan etdiyi və uğur qazandığı vaxtlar olub, lakin bu, Roma əsgərlərinin daşıdıqları bütün yükün üstündə müntəzəm olaraq döyülmələri faktını dəyişmir...

9. Onların yeganə missiyası hərbi əməliyyatlarda iştirak etmək və döyüşmək deyildi...

Roma ordusunun əsgərləri mülki işlərlə də məşğul olurdular. Beləliklə, onlar yalnız qədim dünyanın ən böyük torpaqlarını fəth edən yenilməz və dəhşətli dərəcədə güclü bir birlik deyildilər, həm də inzibati səriştəli dövlət xadimləri rolunu öz üzərinə götürdülər. Onların vergi toplamaq, xalqa nəzarət etmək, mülki idarələri idarə etmək, qalalar, viyadüklər və yeni yollar tikmək kimi vəzifələri də var idi.

10. Əgər cinayət törətsəydilər, gec-tez “onda birini öldürmək” deyilən qırğını qurbanı olacaqdılar!

Qorxaqlıq, üsyan və ya üsyanda iştirak, qaçmağa cəhd və itaətsizlik Roma əsgərlərinin ölümünə səbəb olan cinayətlər arasında idi. Roma ordusunda əsgər hissələrində bu cinayətlərdən hər hansı birində başqa bir əsgər iştirak etdikdə komandir onları 10 nəfərlik qruplara bölürdü. “Onda birini öldürmək” adlanan bu cəzada bütün əsgərlərə kibrit verilir, qısa kibrit çəkən əsgər isə doqquz dostu tərəfindən daşlanaraq, dəyənəklə və ya bıçaqla öldürülürdü.

Mənbə: lernodo-newtone.com

Tərcümə: Amin Həsənli

Paylaş
Şərh əlavə et