Bu gün:

Moskvada baş verən böyük qəza ərazidə yanğına səbəb olub


Telegram kanalının "112"-yə istinadən verdiyi məlumata görə, Moskvanın Lujniki rayonunda bir neçə avtomobil toqquşub. Kanalın məlumatına görə, qəza nəticəsində ən azı üç nəfər xəsarət alıb, avtomobillərdən biri yanıb.

Təcili Tibbi Yardım maşını

24media.az News.ru saytına istinadən xəbər verir ki, hadisə yerindən yayılan görüntülərdə avtomobilin alovlandığı görünür. Hadisə yerinə təcili yardım xidmətləri cəlb olunub.

Qeyd edək ki, bundan əvvəl Yeni Moskvada, Kaluga şossesində beş avtomobil toqquşub. Qəza Sosenki kəndi yaxınlığında baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb.

Həmçinin, Moskvanın Taqanski Rayon Məhkəməsi iki nəfərin ölümü ilə nəticələnən yol qəzasında təqsirləndirilən Anna Vladimirovanın həbs müddətini bir ay uzadıb.

Əli Balayev 

Paylaş
Şərh əlavə et