ABŞ Prezidenti Donald Trampın administrasiyası Çin, Yaponiya və Avropa İttifaqı da daxil olmaqla, 14 ticarət tərəfdaşına qarşı yeni gömrük rüsumları tətbiq etməyi təklif edib.

24media.az Reuters-ə istinadən xəbər verir ki, ABŞ hökumətinin bildirdiyinə görə, bəzi ölkələrdə sənaye istehsalının həddindən artıq artması Amerika istehsalçıları üçün rəqabəti çətinləşdirir. Vaşinqton hesab edir ki, bu vəziyyət yerli şirkətlərə mənfi təsir göstərir.
Təklifə əsasən, Çin məhsullarına 20 faizə qədər, Avropa İttifaqı, Yaponiya və Cənubi Koreya məhsullarına isə 15 faiz gömrük rüsumu tətbiq oluna bilər.
Çin hökuməti ABŞ-ın bu mövqeyi ilə razılaşmır və ticarət problemlərinin dialoq yolu ilə həll edilməsinin vacibliyini vurğulayır.
Ekspertlərin fikrincə, yeni rüsumlar beynəlxalq ticarətə, məhsulların qiymətinə və istehlakçılara təsir göstərə bilər. Lakin təklif hələ yekun təsdiqini almayıb və onunla bağlı müzakirələrin davam etdirilməsi gözlənilir.
Emiliya Vəlicanova
