Rusiya hökumətinin statistik məlumatlarının BBC tərəfindən təhlili nəticəsində məlum olub ki, Ukraynada müharibə başlayandan bəri azı 490 334 rusiyalı hərbçi həlak olub.

BBC Russian-ın əldə etdiyi məlumatlara görə, 2021-ci ildən 2026-cı ilin sentyabrınadək 11 milyondan çox ölüm qeydi araşdırılıb. Təhlil Rusiyanın müharibədə ciddi insan itkisi verdiyini göstərir.
Məlumata əsasən, 2025-ci ildə müharibədə həlak olan 18-24 yaşlı rusiyalı kişilərin payı 65 faiz, 25-34 yaş qrupunda isə 59 faiz təşkil edib.
Araşdırmada Rusiyanın ən yoxsul regionlarından olan Tıva, Buryatiya və Zabaykalsk diyarının sakinlərinin müharibədə həlak olma ehtimalının Moskva və Sankt-Peterburq sakinləri ilə müqayisədə 20-25 dəfə çox olduğu bildirilib.
Rusiya Müdafiə Nazirliyi bir neçə ildir müharibədəki hərbi itkilərlə bağlı rəsmi statistika açıqlamır. Kremlin sözçüsü Dmitri Peskov isə yalnız Müdafiə Nazirliyinin məlumatlarının əsas götürülməli olduğunu bildirib.
Mənbə:BBC news
Tərcümə etdi:Fatimə Hüseynova
