Bu gün:

Trampın hesabları Nvidia səhmləri ilə 44 dəfə alqı-satqı edib


ABŞ Prezidenti Donald Trampın investisiya portfelləri cari ilin ilk doqquz ayında Nvidia şirkətinin səhmləri ilə azı 44 dəfə əməliyyat aparıb.

ABŞ Prezidenti Donald Tramp və Nvidia şirkətinin baş direktoru Jensen Huang, BBC

24media.az BBC-yə istinadən xəbər verir ki, maliyyə hesabatlarına əsasən, Trampın portfelləri yanvar-sentyabr aylarında 5,2 milyon dollardan 17 milyon dollaradək Nvidia səhmləri alıb, 4,4 milyon dollardan 12 milyon dollaradək səhmləri isə satıb.

Məlumata görə, Trampın investisiya portfelləri üçüncü tərəflər tərəfindən müstəqil idarə olunur. Ağ Ev onun və ailəsinin investisiya qərarlarına müdaxilə etmək imkanının olmadığını bildirib.

Xəbərdə qeyd olunur ki, Nvidia şirkətinin baş icraçı direktoru Jensen Huangın istefası və sonradan vəzifəsinə qaytarılması şirkətin səhmlərinin qiymətinə ciddi təsir göstərib. Huangın yenidən vəzifəyə gətirilməsindən sonra Nvidia səhmləri 31 faiz bahalaşıb və şirkətin bazar dəyəri təxminən 1 trilyon dollar artıb.

Tramp ABŞ mediasına açıqlamasında Huangın vəzifəsinə qayıtması üçün şirkətin idarə heyəti ilə danışdığını bildirib. Bu hadisə, eləcə də Nvidia-nın Çinə çip ixracı ilə bağlı siyasəti ABŞ-də həm respublikaçı, həm də demokrat siyasətçilərin narahatlığına səbəb olub.

BBC-nin məlumatına görə, Tramp ikinci prezidentlik müddətinin ilk ilində müxtəlif investisiya və kommersiya fəaliyyətlərindən ən azı 2,2 milyard dollar gəlir əldə edib.

Zəhra Məlikova 


Paylaş
Şərh əlavə et