Bu gün:

Belqorodda dron hücumu nəticəsində yeniyetmə yaralanıb


Hadisə Belqorod rayonunun Novaya Derevnya kəndində baş verib. Avtomobilin yaxınlığında dronun partlaması nəticəsində 17 yaşlı oğlan xəsarət alıb.

Ukrayna Silahlı Qüvvələri

24media.az News.ru saytına istinadən xəbər verir ki, yeniyetmə Regional Uşaq Klinik Xəstəxanasında müalicə alıb. Onun müalicəsinin ambulator şəraitdə davam etdiriləcəyi bildirilib.

Qeyd edək ki, bundan əvvəl Belqorod vilayətinin Şebekino şəhərində Ukraynaya məxsus FPV dronunun partlaması nəticəsində iki qadın yaralanıb. Onlar tibbi yardıma müraciət ediblər.

Qraivoron rayonunda, Masıçevo-Qolovçino yolunda dron avtomobilə hücum edib. Krasnaya Yaruqa kəndində isə FPV dronlarının zərbələri nəticəsində ticarət obyektinin şüşələri, üç avtomobil və iki fərdi evin pəncərə və fasadları zədələnib.

Bundan əlavə, Politodelski kəndində dron hücumu nəticəsində yük avtomobilinin kuzovuna ziyan dəyib.

Əli Balayev

Paylaş
Şərh əlavə et