Bu gün:

Marseldəki futbol oyununda azarkeşlər arasında qanlı qarşıdurma


Fransa və Bolqarıstan prezidentləri Avropa Liqasının “Marsel” - “Levski” matçında baş vermiş azarkeş zorakılığını pisləyiblər.

24media.az The Guardian-a istinadən xəbər verir ki, hadisə Fransanın Marsel şəhərində yerləşən “Velodrom” stadionunda qeydə alınıb.

Televiziya görüntülərində “Marsel” azarkeşlərinin tribunada bir qrup “Levski” tərəfdarını mühasirəyə alaraq onlara amansızcasına hücum etdiyi əks olunub. Hücum zamanı azarkeşlərdən bəzilərinin kəmərdən də istifadə etdiyi bildirilir. Kadrlarda qadın dostunu qorumağa çalışan bolqarıstanlı azarkeşlərdən birinin başından yaralandığı və çoxsaylı zərbələrə məruz qaldığı görünür.

Cümə axşamı stadiondan yayılan məlumatlara görə, qarşıdurma “Levski” azarkeşlərindən birinin nasist salamı verməsindən sonra başlayıb.

Marsel prokurorluğu hadisə ilə bağlı araşdırmaya  başlanılacağını açıqlayıb. Araşdırma çərçivəsində fransız azarkeşlərin “Levski” tərəfdarlarına qarşı ağırlaşdırıcı hallarla qəsdən zorakılıq törətməsi ilə bağlı ittihamlar araşdırılacaq. 

Bundan başqa, bolqarıstanlı azarkeşlərin nasist salamı verməsi və təxribatçı hərəkətləri ilə əlaqədar nifrətə təhrik iddialarına da hüquqi qiymət veriləcək.

Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et