ABŞ-nin bir sıra ştatlarında baş verən güclü fırtına elektrik enerjisinin kəsilməsinə, daşqınlara və nəqliyyatın fəaliyyətində ciddi problemlərə səbəb olub.

24media.az BBC News-a istinadən bildirir ki, noyabrın 26-da ölkənin şərq və qərb sahillərini əhatə edən güclü külək və leysan yağışları minlərlə insanın gündəlik həyatına təsir göstərib. Pensilvaniya, Nyu-Cersi və Merilend ştatlarında vəziyyət xüsusilə ağır olub.
Məlumatlara görə, fırtına nəticəsində təxminən bir milyon ev və müəssisə elektrik enerjisiz qalıb. Bundan əlavə, ABŞ-də 2 mindən çox aviareys gecikib, 400-dən çox uçuş isə ləğv edilib.
Nyu-York şəhərində təhlükəli hava şəraiti səbəbindən ənənəvi "Macy’s Thanksgiving Day" paradı da təxirə salınıb. Səlahiyyətli şəxslər sakinlərə ehtiyatlı olmağı və zərurət olmadıqca evdən çıxmamağı tövsiyə ediblər.
Emiliya Vəlicanova
