Norveçin aşağıbüdcəli aviaşirkəti Norse Atlantic Airways maliyyə çətinlikləri ilə əlaqədar bütün uçuşlarını dayandırıb.

24media.az BBC-yə istinadən xəbər verir ki, şirkət maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün çıxış yolu tapmasa, iflas elan edə bilər.
Şirkət Londonun Gatwick hava limanı, Roma və Oslo da daxil olmaqla, bir sıra Avropa şəhərlərindən uzun məsafəli uçuşlar həyata keçirib. Bunun üçün 12 ədəd Boeing 787 təyyarəsindən istifadə edib.
Uçuşları dayandırmazdan əvvəl şirkət Londondan Orlando, Keyptaun, Banqkok və Phuket şəhərlərinə reyslər təklif edib.
Nərmin Nəcəfova
