Bu gün:

"Əmək pensiyalarının durumu "- Asif İbrahimovla "1 sual 1 cavab"



24Media.az-ın "1 sual, 1 cavab" rubrikasının növbəti qonağı iqtisadi ekspert Asif İbrahimovdur.
Mütəxəssis əmək pensiyaları haqqında mövzuya toxunub.

- Azərbaycanda təqaüd üçün yaş həddini necə qiymətləndirirsiniz?


- Azərbaycanda əmək pensiyaları qanunun müvafiq maddələrinə görə tənzimlənir. Bildiyimiz kimi 2017-ci ildən bu yana pensiya yaşı 6 ay artılaraq  təyin edilir. Hazırda təqaüd yaşı kişilərdə 60, xanımlarda 62 yaş müəyyənləşdirilib. Növbəti ildən xanımlarda 63, kişilər də isə 65 yaş olacağı müəyyənləşdirilib. Azərbaycanda hazırda faktiki olaraq ortalama yaş 59-dur. Mən düşünürəm ki, təqaüd haqqında qanunda yaş limiti aşağı salınmalıdır. Sovet Sosialist Respublikalar İttifaqı dövründə institutlar müəyyən təcrübənin əsasında fəaliyyət göstərirdi. Təqaüd üçün ortalama yaşın 52 yaş olmağı haqqında  ortaq fikrə gəlmişdilər. Burada təhlükəli və zərərli istehsalat amilləri, təhlükəli peşələrdə çalışan əməkdaşların məsələləri nəzərə alınırdı. Orada önəmli nüans o idi ki, insanlar 45 yaşdan sonra insanın bədənində olan hüceyrələr məhv olmağa başlayır. Bu yaşdan sonra hüceyrələr bərpa oluna bilmir. Məsələn, 28 yaşındakı insanla 55 yaşındakı insanın orqanizm sistemi bir-biri ilə fərqlənir. Bu məsələlər diqqətə yetirələrək, əhalinin orta yaş həddi, əmək pensiyasında olan yaş həddi müəyyənləşdirilirdi. Bu məsələlər diqqətə alınmalıdır. Eləcə də beynəlxalq standartlara baxılmalıdır.

İmza : Fatimə Mustafayeva

Paylaş
Şərh əlavə et