Bu gün:

Mingəçevir Dövlət Universitetində məzunlarla görüş keçirilib


Mingəçevir Dövlət Universitetində müxtəlif illərdə təhsil almış məzunlarla çay süfrəsi ətrafında görüş təşkil olunub.

24media.az xəbər verir ki, görüş oktyabrın 8-də universitetin Təcrübə və karyera şöbəsi ilə İş dünyası və məzunlarla əlaqə şöbəsinin birgə təşkilatçılığı ilə baş tutub.

Səmimi və qeyri-rəsmi şəraitdə keçirilən tədbirin məqsədi universitetlə məzunlar arasında əlaqələri gücləndirmək, onların universitet həyatında iştirakını təşviq etmək və gələcək əməkdaşlıq imkanlarını müzakirə etmək olub.


Görüş zamanı məzunların peşəkar təcrübə və biliklərindən universitetin inkişafında, eləcə də tələbələrin karyera hazırlığında yararlanmağın əhəmiyyəti vurğulanıb. Həmçinin məzunlarla əlaqələrin davamlılığının təmin edilməsi, onların vahid şəbəkə ətrafında birləşdirilməsi və yeni tərəfdaşlıq imkanlarının yaradılması məsələləri diqqət mərkəzində olub.


İştirakçılar universitetlə bağlı təəssüratlarını bölüşüb, onları maraqlandıran suallara cavab alıb və müxtəlif təkliflərini səsləndiriblər.


Qeyd edək ki, Mingəçevir Dövlət Universitetində məzunlarla əlaqələrin genişləndirilməsi, onların peşəkar inkişafının dəstəklənməsi və universitetin inkişafına töhfə verəcək əməkdaşlıq platformalarının yaradılması istiqamətində fəaliyyətin davam etdirilməsi nəzərdə tutulur.


Həvva Cəbrayılova

Paylaş
Şərh əlavə et