Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) sahillərində batan sərnişin gəmisinin bütün bölmələri sualtı aparatların köməyi ilə yoxlanılıb. Dənizin dibində faciənin yeni qurbanının meyiti aşkar edilməyib.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu ŞKTC-nin Baş naziri Ünal Üstel Girnə şəhəri sahillərində aparılan axtarış-xilasetmə işlərinin gedişatı ilə bağlı açıqlamasında deyib.
Onun sözlərinə görə, suyun həm səthində, həm də altında meyitlərin axtarışı dayandırılmayacaq.
“Filo Jet” gəmisinin bort qeydiyyat cihazı dənizin dibindən çıxarılıb və hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. 554 metr dərinlikdə başqa meyit qalmayıb. Qalan qurbanların axtarışı davam etdiriləcək”, – deyə o bildirib və faciəyə görə məsuliyyət daşıyan bütün şəxslərin ciddi cəzalandırılacağına əminliyini ifadə edib.
Son məlumatlara görə, avqustun 30-da baş vermiş gəmi qəzası nəticəsində göyərtəsində 239 nəfərin olduğu gəmidə 15 nəfər həlak olub, daha 13 nəfər isə itkin düşmüş hesab olunur.
Gəmi kapitanı və ekipaj üzvləri həbs ediliblər. Araşdırma aparılır.
Piranə Xasiyeva
