Bu gün:

İlham Əliyev Qırğızıstana dövlət səfərinə gəlib


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 30-da Qırğız Respublikasına dövlət səfərinə gəlib.

24media.az xəbər verir ki, Çolpon-Ata şəhərinin İssık-Kul Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Qırğız Respublikasının Prezidenti Sadır Japarov və birinci xanım Ayqul Japarova qarşılayıblar.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2024-cü il noyabrın 5-də Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşündə iştirak etmək üçün Qırğız Respublikasına səfər etmişdi. Bişkek şəhərinin “Manas 2” Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Qırğızıstan Nazirlər Kabinetinin sədri – Prezident Administrasiyasının rəhbəri Akılbek Japarov və digər rəsmi şəxslər qarşılamışdılar.

Həvva Cəbrayılova 

Paylaş
Şərh əlavə et