Bu gün:

FIFA U-15 Dünya Çempionatı və Festivalı Azərbaycanda keçiriləcək – Prezident Sərəncam imzaladı


Prezident İlham Əliyev 15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının 2026-cı ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar tədbirlər haqqında Sərəncam imzalayıb.  

24media.az xəbər verir ki, Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) Şurası Bürosunun iclasında sözügedən yarışın (FIFA U-15 World Cup and Festival) 2026-cı il oktyabrın 22–31-də Azərbaycanda təşkil olunması barədə qərar qəbul edilib.  

Sənəddə vurğulanır ki, idman tarixində ilk dəfə keçiriləcək bu mötəbər yarışa ev sahibliyi etmək ölkəmizin beynəlxalq idman aləmində artan nüfuzunu daha da möhkəmləndirəcək, yerli futbolun inkişafına və Azərbaycanın iri miqyaslı turnirlərin təşkili sahəsindəki təcrübəsinə mühüm töhfə verəcək.  

Sərəncama əsasən, U-15 dünya çempionatı və festivalının təşkili ilə bağlı tədbirlərin əlaqələndirilməsi və zəruri məsələlərin həlli 2027-ci ildə Azərbaycanda keçiriləcək 20 yaşınadək kişilər arasında dünya çempionatının Təşkilat Komitəsinə həvalə olunub.  

Paylaş
Şərh əlavə et