Bu gün:

FIFA Dünya Kubokunda süni intellekt istifadəsini genişləndirir


FIFA 2026-cı il Dünya Kubokunda futbolçuların və komandaların sosial şəbəkələrdə üzləşdiyi təhqiramiz paylaşımların qarşısını almaq məqsədilə süni intellekt əsaslı müdafiə sisteminin istifadəsini genişləndirib.


Dünya futbolunun ali idarəedici qurumu olan FIFA 2022-ci ildə Qətərdə keçirilmiş Dünya Kubokundan sonra istifadəyə verdiyi sosial media müdafiə xidmətinin əhatə dairəsini artırıb.


Sistem futbolçulara və komandalara yönələn təhqiramiz məzmunu avtomatik şəkildə müəyyənləşdirib moderasiya etməyə imkan verir.


FIFA-nın məlumatına görə, xidmətin moderasiya funksiyası 2026-cı il Dünya Kubokunda iştirak edəcək bütün futbol assosiasiyalarına ödənişsiz təqdim olunub. Turnir gələn cümə axşamı başlayacaq.


İngiltərə Futbol Assosiasiyası isə hələlik bu təklifdən istifadə edəcəyini təsdiqləməyib.


Mənbə:The Guardian

Tərcümə etdi:Fərid Tapdıqov

Paylaş
Şərh əlavə et