Bu gün:

Fransa mümkün hücumlara qarşı hazırlıq çağırışı edib


Fransa mümkün təhlükələrə qarşı hazırlıqlı olmağın vacibliyini vurğulayıb. Ölkə rəhbərliyi bildirir ki, hər hansı hücum ehtimalı nəzərə alınaraq müdafiə imkanları gücləndirilməlidir.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, Fransanın müdafiə naziri Katerin Votrin Milli Assambleyada çıxışı zamanı ölkəsinin hücum deyil, müdafiə mövqeyində olduğunu bildirib. O, xüsusilə xarici müdaxilə və eyni vaxtda bir neçə istiqamətdən yarana biləcək risklərə diqqət çəkib.

Nazir qeyd edib ki, dövlətin bütün mümkün təhdidlərə operativ reaksiya verməsi üçün milli təhlükəsizlik mexanizmləri daha da təkmilləşdirilməlidir. Bu yanaşma Fransanın təhlükəsizlik strategiyasının əsas prioritetlərindən biri kimi qiymətləndirilir.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et