Bu gün:

ABŞ və İran nümayəndələri Pakistanda sülh danışıqları aparıblar


ABŞ və İranın rəsmi nümayəndə heyətləri Pakistanın paytaxtı İslamabadda sülh danışıqları aparmaq üçün bir araya gəliblər. Görüşlər regionda artan gərginliyin azaldılması və tərəflər arasında münasibətlərin normallaşdırılması məqsədi daşıyır.

ABŞ və İran nümayəndə heyətlərinin İslamabadda gözlənilən danışıqları öncəsi Serena otelinə gedən yolda təhlükəsizlik əməkdaşı keşik çəkir, REUTERS 

Məlumata görə, ABŞ tərəfi yüksək səviyyəli rəsmilərlə təmsil olunur. Danışıqlarda əsas diqqət təhlükəsizlik məsələlərinə, regional sabitliyə və iki ölkə arasında uzun müddətdir davam edən fikir ayrılıqlarının aradan qaldırılmasına yönəlib.

Bununla belə, prosesin uğurla nəticələnəcəyi ilə bağlı müəyyən şübhələr mövcuddur. Xüsusilə Livandakı vəziyyət və İrana qarşı tətbiq edilən sanksiyalar danışıqların gedişinə təsir edən əsas amillər kimi qiymətləndirilir. İran tərəfi bəzi şərtlərin yerinə yetirilməsinin vacibliyini vurğulayır.

Ekspertlər hesab edirlər ki, bu görüşlər tərəflər arasında dialoqun bərpası baxımından mühüm addım olsa da, konkret nəticələrin əldə olunması üçün əlavə danışıqlara ehtiyac olacaq.

Pakistan bu prosesdə vasitəçi kimi çıxış edir və tərəflər arasında etimadın artırılması üçün diplomatik səylərini davam etdirir.

Mənbə: Reuters

Tərcümə etdi: Zəhra Məlikova

Paylaş
Şərh əlavə et