ABŞ və İran arasında əsas danışıqlar aprelin 11-də baş tuta bilər. Jurnalistlər tədbirin çox güman ki, İslamabadda keçiriləcəyini qeyd ediblər.
İranın bayrağı
24media.az "News.ru" saytına istinadən xəbər verir ki, İslam Respublikası Məclisinin (Parlamentinin) sədri Məhəmməd Bağır Qalibafın rəhbərlik etdiyi İran nümayəndə heyəti ABŞ ilə danışıqlarda iştirak etmək üçün İslamabada gəlib. Nümayəndə heyətinə İranın xarici işlər naziri Abbas Əraqçi də rəhbərlik edib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp sosial mediada İranın məhv olacağını və bütün bir sivilizasiyanın əbədi olaraq yox olacağını bildirib. Ağ Ev rəhbərinin sözlərinə görə, tamamilə rejim dəyişikliyindən sonra daha ağıllı və daha az radikal insanlar hakimiyyətə gələcək və sonra "inqilabi dərəcədə gözəl" bir şey mümkün olacaq.
Lakin 8 apreldə Tramp ABŞ və İran arasında iki həftəlik atəşkəs elan edib. O, Vaşinqtonun Tehranla tarifləri və sanksiyaları yumşaltmaq üçün danışıqlar apardığını və İslam Respublikası ilə məhsuldar əməkdaşlıq etmək niyyətində olduğunu bildirib.
Əli Balayev
