Google istifadəçilər üçün uzun müddətdir gözlənilən yeni funksiyanı təqdim edib. Şirkət artıq brauzerdə şaquli tablardan istifadə imkanını istifadəyə verir.
Google loqo dizaynı
Yeni funksiya aktiv edildikdə tablar ekranın yuxarı hissəsi əvəzinə sol tərəfdə yerləşir. Bu isə xüsusilə çoxlu tab açan istifadəçilər üçün səhifə başlıqlarını daha rahat görməyə və idarə etməyə imkan yaradır. İstifadəçilər bu funksiyanı brauzer pəncərəsində sağ klik edib “Show Tabs Vertically” seçimini seçməklə aktivləşdirə bilərlər.
Şaquli tablar aktiv edildikdən sonra istifadəçi dəyişənə qədər standart olaraq qalacaq. Bu xüsusiyyət xüsusilə araşdırma aparan və eyni anda çoxlu sayt açan istifadəçilər üçün nəzərdə tutulub.
Bundan əlavə, Chrome yenilənmiş oxu rejimini də təqdim edib. Bu rejim səhifədəki diqqəti yayındıran elementləri, reklamları və digər əlavə məzmunları aradan qaldıraraq istifadəçiyə yalnız mətni oxumağa fokuslanmaq imkanı verir. Yeni oxu rejimi tam səhifə formatında işləyəcək və standart olaraq aktiv olacaq. Son yeniliklər göstərir ki, Chrome digər müasir brauzerlərlə xüsusilə şaquli tab funksiyası ilə tanınan alternativlərlə rəqabətdə geri qalmamaq üçün inkişafını sürətləndirir.
Qeyd edək ki, bu funksiya əvvəllər sınaq mərhələsində olsa da, geniş istifadəyə verilməmişdi. Hazırda isə yeniliklər mərhələli şəkildə bütün istifadəçilərə təqdim olunur.
Son aylarda Chrome həmçinin süni intellekt inteqrasiyası, avtomatik doldurma təkmilləşdirmələri və Split View kimi digər yenilikləri də istifadəyə verib.
Mənbə: TechCrunch
Tərcümə etdi: Nərmin Məmmədzadə
