Bu gün:

Wakuku oyuncağı qlobal dizayn trendinə çevrilir


Dünya dizayn bazarında Wakuku adlı yeni kolleksiya oyuncağı sürətlə populyarlaşır.

Eksklüziv Wakuku designer toy – detallı işçilik, estetik görünüş və kolleksiya üçün mükəmməl dəyər

Beynəlxalq mediada yayımlanan məlumata görə, bu məhsul qısa müddətdə 20-dən çox ölkədə satışa çıxarılıb və xüsusilə kolleksiyaçılar arasında böyük maraq qazanıb.

Wakuku ənənəvi oyuncaqdan fərqli olaraq “designer toy” kateqoriyasına aid edilir. Estetik görünüşü, detallı işlənməsi və müasir texnologiyalar, o cümlədən süni intellekt və 3D çap imkanlarından istifadə olunması onu bazarda fərqləndirir.

Mütəxəssislər bildirirlər ki, bu tip oyuncaqlar artıq yalnız əyləncə vasitəsi deyil, həm də müasir dizayn nümunəsi kimi qiymətləndirilir. Wakuku isə bu yeni tendensiyanın ən diqqətçəkən adlarından biri hesab olunur.

Mənbə: Chinadailyasia.com

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et