Donald Trump ABŞ-nin qlobal ticarət siyasətində yeni mərhələnin başlaya biləcəyini açıqlayıb.
Prezident bildirib ki, ölkə bütün idxal məhsullarına 10 faiz həcmində ümumi tarif tətbiq etməyi nəzərdən keçirir.
Məlumata əsasən, bu qərar ABŞ iqtisadiyyatını qorumaq və yerli istehsalı gücləndirmək məqsədi daşıyır. Ağ Ev hesab edir ki, yeni rüsumlar xarici malların bazardakı payını azalda və daxili istehsalçılara əlavə üstünlük verə bilər.
Bununla yanaşı, bir sıra iqtisadçılar və beynəlxalq tərəfdaşlar bu addımın qlobal ticarət əlaqələrinə mənfi təsir göstərə biləcəyini bildirirlər. Ekspertlərin fikrincə, yeni tariflər qiymət artımına və ticarət münasibətlərində gərginliyə səbəb ola bilər.
Qərarın detalları və qüvvəyə minmə tarixi ilə bağlı əlavə açıqlamanın yaxın günlərdə veriləcəyi gözlənilir.
Mənbə: Aljazeera.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
