Dünyanın bir çox ölkəsində Ay təqvimi üzrə Yeni ilin başlaması münasibətilə genişmiqyaslı mədəni tədbirlər təşkil olunub. Bayram, xüsusilə Çin Yeni ili kimi tanınan ənənəvi mərasimlərlə müşayiət edilib.

Asiya, Avropa və Amerika qitəsində yerləşən iri şəhərlərdə atəşfəşanlıqlar, ənənəvi rəqslər, küçə paradları və musiqi proqramları keçirilib. Pekin, Honkonq, Şanxay, Sinqapur, London, Paris və Nyu-York şəhərlərində minlərlə insan bayram tədbirlərində iştirak edib.
Şəhər mərkəzləri ənənəvi qırmızı rəngli bəzəklərlə tərtib olunub, əjdaha və aslan rəqsləri nümayiş etdirilib, milli geyimlər bayram ab-havasını daha da gücləndirib.
Mütəxəssislərin fikrincə, Ay təqvimi üzrə Yeni il yalnız təqvim dəyişikliyi deyil, eyni zamanda ailə dəyərlərinin, birlik və həmrəyliyin rəmzi hesab olunur. Bu bayram Asiya xalqlarının mədəni irsinin qorunması və dünyada tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd edək ki, Ay təqvimi üzrə Yeni il UNESCO tərəfindən qeyri-maddi mədəni irs nümunəsi kimi tanınıb və hər il milyonlarla insan tərəfindən qeyd olunur.
Mənbə: Al Jazeera
Tərcümə etdi: Zəhra Məlikova
