Bu gün:

Tailandda Thailand UFO Days festivalı keçirilib


Tailand Turizm İdarəsinin təşəbbüsü ilə təşkil olunan Thailand UFO Days Nakhon Nayok vilayətində keçirilib.Tədbir 13–15 fevral tarixlərini əhatə edib və kosmos, UFO fenomeni, eləcə də kreativ turizm mövzularını bir araya gətirib.

Festival Nakhon Nayok ərazisində yerləşən Khun Dan Prakan Chon Dam məkanında təşkil olunub. Proqram çərçivəsində ziyarətçilər üçün interaktiv sərgilər, astronomiya mövzusunda maarifləndirici təqdimatlar və ulduz müşahidəsi sessiyaları keçirilib.

Tədbirdə kosmos və UFO mövzusunda instalyasiyalar, ailələr üçün əyləncə zonaları və tematik kostyum müsabiqələri də yer alıb. Mütəxəssislərin iştirakı ilə keçirilən müzakirələrdə kosmik tədqiqatlar və naməlum uçan obyektlərə elmi yanaşmalar diqqət mərkəzində olub.

Festivalın əsas məqsədi Taylandın turizm imkanlarını qeyri-adi konsept vasitəsilə təqdim etmək, elm və mədəniyyəti vahid platformada birləşdirərək ziyarətçilərə fərqli təcrübə qazandırmaqdır.

Mənbə: Pattayamail.com

Tərcümə etdi: Aylin Bayraməliyeva

Paylaş
Şərh əlavə et