Apple-ın istehsal etdiyi iPad modellərinin nə qədər müddət xidmət göstərdiyi uzun müddətdir müzakirə mövzusudur. Reddit-də paylaşılan istifadəçi rəylərinə görə, bəzi iPad-lər 4 il işlədiyi halda, digərləri 8–9 ilə qədər problemsiz fəaliyyət göstərə bilir. Uzunömürlülük isə əsasən istifadə qaydalarından və texniki baxımdan asılıdır.

iPad-in istifadə müddəti əsasən istifadə intensivliyi və cihazın necə qorunmasından asılıdır. Reddit-də paylaşılan rəylərə görə, bəzi istifadəçilər 4–5 il sonra performans zəifləməsi ilə qarşılaşdıqlarını bildirirlər. Digərləri isə cihazlarından 8–9 il ərzində istifadə etdiklərini qeyd edirlər.
Xüsusilə 2016-cı ildə təqdim olunan iPad Pro və 2017-ci ilin 5-ci nəsil iPad modellərinin hələ də işlək vəziyyətdə olduğu vurğulanır. Bir çox hallarda istifadəçilər cihazı sıradan çıxdığı üçün deyil, performansın zəifləməsi və ara-sıra yaranan texniki problemlər səbəbindən yenilədiklərini bildirirlər. Belə vəziyyətdə isə köhnə iPad-i kənara atmaq əvəzinə onu başqa məqsədlər üçün istifadə etmək tövsiyə olunur.
Mənbə: BGR
Tərcümə etdi: Nərmin Məmmədzadə
