Bu gün:

Azərbaycan və BMT gənclər sahəsində tərəfdaşlığı dərinləşdirir


Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov ilə BMT baş katibinin gənclərlə iş üzrə köməkçisi, BMT-nin Gənclərlə İş üzrə İdarəsinin rəhbəri Felipe Paulyer mədəniyyətlərarası dialoq və gənclərlə bağlı əməkdaşlıq məsələlərini müzakirə ediblər.

24media.az bildirir ki, məlumat BMT-nin Gənclərlə İş üzrə İdarəsinin “X” hesabında yayılıb. 

Bildirilib ki, danışıqlarda mədəniyyət və gənclərin sülhün, dialoqun və qarşılıqlı anlaşmanın gücləndirilməsində rolu vurğulanıb.

Tərəflər BMT-nin Gənclərlə İş üzrə İdarəsi ilə Azərbaycan arasında tərəfdaşlıq imkanları, eləcə də gənclərin psixi sağlamlığı, yaradıcı sənayelər və mədəniyyət sahəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.

Aytac Musayeva


Paylaş
Şərh əlavə et