Bu gün:

Azərbaycan və Serbiya arasında iqtisadi əməkdaşlıq genişlənir


Azərbaycan və Serbiya iqtisadiyyat və sənaye sahələrində bir sıra mühüm layihələri birlikdə icra edir. Bunu Prezident İlham Əliyev Azərbaycan–Serbiya Strateji Tərəfdaşlıq Şurasının birinci iclasında bildirib.

24media.az bildirir ki, dövlət başçısı qeyd edib ki, görüşdə geniş mövzular müzakirə olunacaq və nümayəndə heyətlərinin aktiv iştirakı vacibdir. O, həmçinin Serbiyanın Prezidenti Aleksandar Vuçiç və xarici işlər naziri Marko Duriçin yaxın vaxtlarda Bakıya planlaşdırılan səfəri ərəfəsində iclasın nəticələrinin xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

Prezidentin sözlərinə görə, gündəlik getdikcə genişlənir və iki ölkə enerji və sənaye sahəsində yeni mərhələyə keçib. O bildirib ki, Serbiya tərəfinin qeyd etdiyi elektrik stansiyası layihəsi əməkdaşlığın şaxələndirilməsinin bariz nümunəsidir.

İlham Əliyev əlavə edib ki, tərəflər əvvəlcə qaz sahəsində əməkdaşlıqla başlayıblar, indi isə elektrik enerjisi istehsalı üzrə yeni imkanlar yaranır. Onun sözlərinə görə, bu layihə Avropada son illərin ən iri investisiyalarından biri olacaq və iki ölkə arasında yüksək etimadı əks etdirir.

Aytac Musayeva

Paylaş
Şərh əlavə et