Bu gün Dünya Radio Günü qeyd edilir.
Dünya Radio Günü radionun insanları məlumatlandırmaq, əyləndirmək və birləşdirmək gücünü ön plana çıxarır. Bu xüsusi gün radio yayımının cəmiyyət həyatında nə qədər əhəmiyyətli rol oynadığını göstərmək məqsədi ilə yaradılıb və beynəlxalq səviyyədə qeyd olunur.
Bu gün radionun inkişaf edən texnologiyalarla yanaşı həm ənənəvi yayım vasitəsi olaraq, həm də müasir platformalar üzərindən fəaliyyət göstərməsi qeyd olunur. Dünya Radio Günü radionun informativ və mədəni rolunu, həmçinin radio proqramlarının cəmiyyətdə əhəmiyyətini diqqətə çatdırır.
Bu münasibətlə bir çox radio stansiyaları xüsusi proqramlar hazırlayır və dinləyicilərə müxtəlif mövzularda verilişlər təqdim edir. Dünya Radio Günü radionun keçdiyi yolu, bu gününü və gələcək perspektivlərini müzakirə etmək üçün geniş dinləyici kütləsi ilə birlikdə qeyd olunur.
Mənbə: Unesco.org
Tərcümə etdi: Aylin Bayraməliyeva
