Bu gün Avropa İttifaqının 27 ölkəsinin liderləri Belçikanın şərqindəki Alden Biesen qəsrində bir araya gələrək Aİ-nin iqtisadiyyatını gücləndirmək, sərmayələri cəlb etmək, tənzimləyici maneələri aradan qaldırmaq və yenilikləri təşviq etmək üçün strategiya üzərində işləyəcəklər.

24media.az bildirir ki, bu barədə APA “Euronews”-a istinadən məlumat yayıb.
Bildirilir ki, bu mövzu son dövrlərdə daha da vacib olub, çünki Avropa ABŞ-nin tətbiq etdiyi yüksək rüsumları və Çindən gələn ucuz mallar kimi problemlərlə üzləşir. Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen sammit öncəsi qeyd edib ki, Avropanın qlobal gücünün mühüm hissəsi onun iqtisadi gücünə bağlıdır.
"Rəqabətlilik təkcə rifahımızın təməli deyil, həm də təhlükəsizliyimizin və nəhayət, demokratiyalarımızın da təməlidir",- deyə Komissiya rəhbəri vurğulayıb.
Amina Paşazadə
