Birləşmiş Ərəb Əmirliklərinin Şarjah şəhərində Sharjah Retro Festival 2026 başlayıb.
“The 90s by RBO” adı altında keçirilən festival 1990-cı illərin pop mədəniyyətinə həsr olunub və geniş maraq ilə qarşılanıb.
Tədbir fevralın 12-dən martın 1-dək Sharjah Research Technology and Innovation Park ərazisində davam edəcək. Festival çərçivəsində 90-cı illərin musiqiləri səsləndirilir, retro video oyun zonaları yaradılır, açıq hava kinoseansları təşkil olunur və həmin dövrü əks etdirən simvolik əşyalar nümayiş etdirilir.
Təşkilatçılar bildirirlər ki, festival həm 90-cı illəri yaşamış nəsli, həm də gənclər üçün nostalji və əyləncəni bir araya gətirən xüsusi təcrübə təqdim edir.
Mənbə:Timesofindia.indiatimes.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
