Bu gün:

Səngəçal terminalının 2025-ci il üzrə ixrac göstəriciləri açıqlanıb


Azərbaycanın neft-qaz sənayesinin əsas qovşağı olan Səngəçal terminalı 2025-ci ildə də yüksək ixrac göstəricilərini qoruyub saxlayaraq ölkə iqtisadiyyatındakı strateji rolunu davam etdirib. İl ərzində terminal vasitəsilə dünya bazarlarına milyonlarla barel xammalın nəqli həyata keçirilib ki, bu da regionun enerji təhlükəsizliyində mühüm addım hesab olunur.24media.az APA-Economics-ə istinadən xəbər verir ki, 2025-ci ildə Səngəçal terminalından təqribən 209 milyon barel neft və kondensat, həmçinin 27 milyard kubmetr "Şahdəniz" qazı ixrac edilib. Hazırda terminalın texniki imkanları gündəlik 1,2 milyon barel neft və 100 milyon kubmetr qazın ixracına şərait yaradır.

İnfrastrukturun müasirləşdirilməsi çərçivəsində terminalın elektrikləşdirilməsi (STEL) layihəsi üzrə mühüm irəliləyişlər əldə olunub. Ötən il imzalanmış üç əsas müqavilə əsasında mühəndis-layihələndirmə, təchizat və tikinti işləri hazırda qrafikə uyğun şəkildə davam etdirilir. Bu layihə terminalın əməliyyat səmərəliliyini artırmaqla yanaşı, karbon emissiyalarının azaldılması istiqamətində atılan strateji addımlardan biridir.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et