Azad olunmuş ərazilərdə 100-ə yaxın qəsəbə və kənd yaşayış məntəqəsi üzrə şəhərsalma əsasnamələri təsdiqlənib.
24media.az Report.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Ramil Cahangirov QHT-lər üçün təşkil olunan “Davamlı şəhərsalmada vətəndaş cəmiyyətinin rolu” mövzusunda WUF13 təlimində məlumat verib.
R.Cahangirov bildirib ki, hazırda azad edilmiş ərazilərdə 70 mindən artıq vətəndaş məskunlaşıb. Onun sözlərinə görə, həmin yaşayış məntəqələrinə indiyədək ümumilikdə 37 köç prosesi həyata keçirilib. Qeyd olunub ki, köçürülən əhalinin rifahının təmin edilməsi üçün zəruri infrastruktur və sosial şərait yaradılıb.
