Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsi və həmin Məcəllənin tətbiqinə dair əvvəlki fərmanlara dəyişiklik edib. Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
24media.az bildirir ki, yeni dəyişikliklərə əsasən, “Qrant haqqında” qanuna uyğun qeydiyyata alınmamış qrantların verilməsi və ya alınması ilə bağlı pozuntular üzrə hansı qurumun işə baxacağı dəqiqləşdirilib.
Artıq:
1. QHT-lər, onların xarici filialları, nümayəndəlikləri, bələdiyyələr və digər qeyri-kommersiya qurumları ilə bağlı işlərə Ədliyyə Nazirliyi baxacaq;
2. Banklar və ödəniş xidməti təchizatçıları ilə bağlı işlərə Azərbaycan Mərkəzi Bankı nəzarət edəcək;
3. Digər kommersiya və publik hüquqi şəxslərlə bağlı işlər isə İqtisadiyyat Nazirliyinin səlahiyyətində olacaq.
Aytac Musayeva
