Bu ilin yanvar ayında Azərbaycanda dövlət qurumlarının istifadəsinə 1 yeni domen verilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstəricidə dəyişiklik olmayıb.

24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, hesabat dövründə dövlət qurumlarının istifadəsinə 30 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 58% çoxdur.
2025-ci ildə dövlət qurumları ümumilikdə 65 yeni domen və 285 yeni subdomen alıb. Bu, informasiya infrastrukturu sahəsində aktiv inkişafın davam etdiyini göstərir.
Arzu Qafarova
