Bu gün:

“Uşaq hüquqları haqqında” qanun layihəsi birinci oxunuşda təsdiqlənib


Uşaq hüquqları haqqında” yeni qanun layihəsi hazırlanıb və parlamentin fevralın 10-da keçirilən iclasında birinci oxunuşda təsdiqlənib. Qanun ölkədə uşaqların hüquq və azadlıqlarını, onların həyata keçirilməsində dövlət təminatlarını və nəzarət prinsiplərini müəyyən edir.24media.az AZƏRTAC-a istinadən xəbər verir ki, layihə 8 fəsil və 63 maddədən ibarətdir. Uşaqların hüquqları irqindən, dinindən, cinsindən, sosial vəziyyətindən və digər fərqliliklərindən asılı olmayaraq eynidir. Həmçinin, ölkədə olan əcnəbi və vətəndaşlığı olmayan uşaqlar da qanunda nəzərdə tutulmuş hüquqlardan istifadə edə bilərlər.

Qanun layihəsi uşaqların şəxsi və ailə həyatının qorunmasını, azadlıq və toxunulmazlıq hüquqlarını, şəxsi məlumatların mühafizəsini və yalnız qanunla müəyyən edilmiş hallarda azadlıqdan məhrum edilməsini təmin edir. Valideynlərin hərəkət və hərəkətsizliyinə görə uşaqların hüquqları məhdudlaşdırıla bilməz.


Arzu Qafarova

Paylaş
Şərh əlavə et