Bu gün, 9 fevral tarixində dünyada Valentin həftəsinin xüsusi günlərindən biri olan Şokolad Günü qeyd olunur.
Bu gün insanlar sevdiklərinə şokolad hədiyyə etməklə hisslərini ifadə edir və münasibətlərinə xüsusi məna qatırlar.
Şokolad Günü hər il fevralın 9-da qeyd edilir və Valentin həftəsində "Propose Day"–dən sonra, "Teddy Day"–dən əvvəl yer alır. Gün əsasən romantik münasibətlərlə əlaqələndirilsə də, dostlar və ailə üzvləri arasında sevgi və diqqəti göstərmək üçün də geniş şəkildə qeyd olunur.
Şokolad Günü hər il olduğu kimi bu gün də insanlara hisslərini sadə, lakin mənalı şəkildə ifadə etmək üçün imkan yaradır və bir çox ölkədə sevgi dolu anlarla qeyd olunur.
Mənbə: Economictimes.com
Tərcümə etdi: Aylin Bayraməliyeva
