Azərbaycan məhsulları Çində keçirilən premium məhsullar sərgisində “Made in Azerbaijan” brendi altında nümayiş etdirilir. Tədbir Pekin şəhərində, Çin Kommersiya Nazirliyi və Pekin Şəhər Xalq Hökumətinin birgə təşəbbüsü ilə təşkil olunub və şopinq festivalı xarakteri daşıyır.

24media.az Trend-ə istinadən xəbər verir ki, sərgidə Azərbaycan Ticarət Evi vasitəsilə şərab və digər spirtli içkilər, nar şirələri, kompotlar, mürəbbələr, çay, şirniyyatlar və milli mədəniyyətə aid suvenirlər xüsusi pavilyonlarda təqdim olunur.
Sərgi-yarmarkalar altı gün davam edəcək və Pekinin Çaoyan və Toncou rayonlarında keçirilir. Azərbaycan məhsulları sərgi iştirakçıları arasında maraqla qarşılanır və ölkəmizin xarici bazarlarda tanıtımına töhfə verir.
Arzu Qafarova
